11.08.2021

“Yaşayan Əfsanələr” adlı silsilə tədbirlərin keçirilməsinə başlanmışdır

“Yaşayan Əfsanələr” adlı silsilə tədbirlərin keçirilməsinə başlanmışdır.

44 günlük II Qarabağ müharibəsi zamanı Gədəbəy rayonu 39 şəhid vermişdir. Gədəbəy rayon Gənclər və İdman İdarəsi, Gədəbəy rayon Təhsil Şöbəsi və Gədəbəy rayon Gənclər və İdman İdarəsinin idman könüllüləri tərəfindən Gədəbəy şəhidlərini xatirəsini anmaq məqsədi ilə “Yaşayan Əfsanələr” adlı silsilə tədbirlərin keçirilməsinə başlanılmışdır. “Yaşayan Əfsanələr” adlı ilk tədbir 3 avqust 2021-ci il tarixində Gədəbəy rayon Çalburun kənd şəhidləri – 12 dekabr 1988-ci il təyyarə qəzasında şəhid olmuş Söhrab Pirverdiyev, 44 günlük II Qarabağ müharibəsinin şəhidləri Elvin Mustafayev və Kənan Müzəffərliyə həsr edildi.

Tədbir Gədəbəy rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, Gədəbəy rayon Təhsil Şöbəsinin əməkdaşları və Gədəbəy rayon Gənclər və İdman İdarəsinin idman könünlüləri, Çalburun kəndinin şəhid yaxınları, qazilər, müharibə iştirakçıları, kəndin ziyalıları və gənclərinin birgə iştirakı ilə gerçəkləşmişdir.

Tədbir şəhidlərimizin məzarına ziyarətlə başlamış, müqəddəs ruhlarına dualar oxunmuşdur. Daha sonra tədbir iştirakçıları Çalburun kənd tam orta məktəbində kənd sakinləri tərəfindən hazırlanmış “Şəhidlər” otağı ilə tanış olublar.

Kənd Klubunda davam edən tədbir Dövlət Himni və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad etməsi ilə başlandı. Tədbirin aparıcısı Gədəbəy şəhər 1 saylı tam orta məktəbin şagirdi Fatimə Alahverdiyeva tədbiri giriş sözü ilə açaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə həsr olunmuş vətənpərvərlik və qəhrəmanlıq haqqındakı şeiri dinlənildi. Tədbirdə şəhid Elvin Mustafayev və şəhid Kənan Müzəffərliyə həsr edilmiş video-çarx izlənildikdən sonra açılış üçün söz Gədəbəy rayon Gənclər və İdman İdarəsinin əməkdaşı, İdarənin İdman Könüllüləri Aliq Bağırova verildi. Aliq Bağırov çıxışında şəhid qəhrəmanlarımız, onların göstərdiyi qəhrəmanlıqlar barədə danışdı, Azərbaycanın igid və qəhrəman övladlarının keçdiyi döyüş yoluna nəzər salaraq gələcək nəsillərin vətənpərvər ruhda böyüməsinə, vətəninə, millətinə və xalqına bağlı olmasını və Cənab Prezidentimiz, Ali baş komandan İlham Əliyevin dəmir yumuruğu ətrafında birləşərək düşmənə hər zaman vətənimizin azadlığı və işğaldan azad olması uğurunda müharibəyə hazır olmağının gərəkdiyini söylədi.

 


Açar sözlər: