06.07.2021

Təhsilalanların könüllülük fəaliyyətinə təşviqi mövzusunda qrant müsabiqəsi Təhsilalanların könüllülük fəaliyyətinə təşviqi mövzusunda qrant müsabiqəsi  

    Təhsil Nazirliyi 2021-ci il üçün “Gənclərin öz potensialını üzə çıxarması, ölkədə və xaricdəki həmyaşıdları ilə qarşılıqlı əlaqələr qurulması, ölkə əhəmiyyətli tədbirlərdə iştirak edərək təcrübə qazanması məqsədilə təhsilalanların könüllülük fəaliyyətinə təşviqi” mövzusunda qrant müsabiqəsi elan edir. 

    Müsabiqənin təşkilində məqsəd tələbələr arasında könüllülüyün təbliği, könüllülərin sayının və əhatəliliyinin artırılması, təşkilatlanma və özünü inkişaf tədbirlərinin genişləndirilməsindən ibarətdir.

    Müsabiqədə iştirak üçün müraciət sənədləri 7–27 iyul 2021-ci il tarixlərində elektron formada  birkonullu@edu.gov.az elektron poçt ünvanına göndərilməlidir. 

    Layihələrin qəbulu üçün son müddət 27 iyul 2021-ci il, saat 21:00 müəyyənləşdirilib.

    Müsabiqə barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.