1913-cü ildə rayonun digər təşkilatları ilə yanaşı Gədəbəy Rayon Maarif Şöbəsi yaradılmışdır. Ötən dövrdən hal-hazıra kimi rayonda təhsil sahəsi inkişaf etmiş, ümumtəhsil məktəblərin sayı 83-ə çatmışdır. 2015-2016-cı dərs ilində rayonun məktəblərində 865 sinif  komplektində 10134  nəfər şagird təhsilə cəlb edilmişdir. Bu qədər şagirdin təlim-tərbiyəsi ilə 1588 nəfər müəllim məşğul olur. RTŞ nəzdində 3 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.