12.12.2018

 Gədəbəy rayonunda “Ümummilli Lider Heydər Əliyev və müasir Azərbaycan Gəncliyi” adlı inşa yazı müsabiqəsi keçirilib

        12 dekabr 2018-ci il tarixdə Gədəbəy şəhər 1 saylı tam orta məktəbdə Gədəbəy rayon Gənclər və İdman İdarəsi və Gədəbəy rayon Təhsil şöbəsi tərəfindən "Ümummilli Lider Heydər Əliyev və müasir Azərbaycan Gəncliyi" adlı inşa-yazı müsabiqəsi keçirilib. Müsabiqədə Gədəbəyin müxtəlif məktəblərini təmsil edən şagirdlər iştirak etmişdir.

        İnşa-yazı müsabiqəsində I yeri Şəhər 1 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Fərzalızadə Şəhri Vaqif qızı, II yeri Zəhmət kənd tam orta məktəbin 11-ci sinif şagirdi Məmmədova Xədicə Mübariz qızı, III yeri isə iki nəfər Zəhmət kənd tam ortaməktəbin 11-ci sinif şagirdi Hüseynzadə Nigar Şahin qızı və Slavyanka 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi İsmayılov Hüseyn Tural oğlu tutmuşdur.

         Qaliblər Gədəbəy rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə mükafatlandırlımışdır.


Açar sözlər: ,  ,