26.02.2020

 Fevralın 26-da Gədəbəy rayonunda Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub

        Fevralın 26-da Gədəbəy rayonunda Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub.
        Əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilən həmvətənlərimizin və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişidir.
        Tədbirdə çıxış edən RİH başçısı xalqımıza qarşı törədilən bu faciənin tarixi kökləri haqqında ətraflı məlumat verib. Erməni hərbi birləşmələrinin 366-cı motoatıcı alayının köməkliyi ilə Xocalıda törədilən faciə nəticəsində sakinlərin qətlə yetirilməsi, yaralanması və əsir götürülməsindən bəhs edib. Qeyd edib ki, bu soyqırımı hadisəsinə siyasi qiymət ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik konfransında ermənistanın baş naziri Paşniyanla debatda qazandığı siyasi,ideoloji, eyni zamanda, tarixi və müasir faktlara əsaslanan qələbə Böyük qələbənin əsasını qoyub. XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımına görə tarixi düşmənlərimiz mütləq cavab verəcəklər.
        Tədbirdə Gədəbəy şəhər 1 saylı tam orta məktəbinin şagird kollektivinin hazırladığı “Xocalıya Ədalət” adlı ədəbi-bədii kompozisiyası nümayiş olunmuşdur.
        Tədbir çərçivəsində, həmçinin şagirdlərin Xocalı soyqırımına həsr etdikləri əl işləri və rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilib.


Açar sözlər: ,