03.03.2020

Gədəbəy rayon Təhsil Şöbəsindən valideyinlərə tövsiyələr

Hörmətli valideynlər.
        Məlum olduğu üçün martın 3-dən 9-dək təhsil müəssisələrində tədris dayandırlıb.Tədirisdə fasilənin yaranmasına səbəb koronavirus infeksiyasına yoluxma hallarnın qarşısını almaq məqsədilə ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində intensiv tibbi-profilaktik tədbirlərin görülməsidir.
        Bununla əlaqədar qeyd olunan müddətə aşağıdakı TÖVSİYƏLƏRİ nəzərə almağnız sizdən xahiş olunur.
1. Ev şəraitində əsas profilaktik tədbirlərə ciddi nəzarət edin (sabun,su və ya spirt tərkibli antispektik vasitəsi ilə tez-tez əllərinizi yuyun,soyuqdəymə və ya qripəbənzər simptonları olan şəxslərlə yaxın təmasda olmayın,hərarətniz və ya öskürəyniz olarsa və ya tənəffüs zamanı çətinlik çəkərsinizsə,dəhral həkimə müraciət edin).
2. Övladlarınızı insanların toplaşdığı qapalı məkanlara (ticarət və əyləncə mərkəzləri,şənlik,mərasimləri və s.), hər hansı kütləvi tədbirlərə , ekskursiyalara və ya səyahətə aparmayın.
3. Övladlarınıza keçirilmiş dərsləri müstəqil şəkildə təkrar etməyə və tapşırıqlar yerinə yetirməyə şərait yaradın.Bu məqsədlə Təhsil Nazirliyinin müxtəlif elektron resurslarından istifadə edə bilərsiniz (e-dərslik edu.az, e-resurs.edu.az, trims.edu.az, video.edu.az və s.).
4. Məsələ ilə bağlı Təhsil Nazirliyinin və digər adiyyəti dövlət qurumlarnın rəsmi məlumatlarını mütəmadi olaraq izləyin.
Xatırladırıq ki, tədris fasiləsindən sonra ilk dərs günü martın 10-u müəyyən edilmişdir.


Açar sözlər: