20.01.2020

Gədəbəy rayonunda "20 Yanvar- Ümumxalq Hüzn Günü"nə həsr edilmiş anım günü keçirilib

        20 yanvar 2020-ci il tarixində Gədəbəy rayon Təhsil Şöbəsinin və Gədəbəy rayon Gənclər və İdman İdarəsi təşkilatçılığı ilə Gədəbəy rayonunda "20 Yanvar- Ümumxalq Hüzn Günü"nə həsr edilmiş ümümtəhsil məktəb şagirdləri arasında rəsm müsabiqəsi qaliblərinin təltif olunması və çəkilmiş rəsmlərdən ibarət sərgi təşkil edilmişdir.

         Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin Başçısı cənab İbrahim Mustafayev əvvəlcə rayon məktəblilərinin 20 Yanvara həsr olunmuş əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olub..
        Tədbirdə Slavyanka kənd 1 saylı tam orta məktəbinin şagirdləri tərəfindən hazırlanmış 20 Yanvara həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
        Sonra Qanlı Yanvara həsr olunmuş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.


Açar sözlər: