18.11.2019

Gədəbəy məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Qəbələ-Şəki-Zaqatala rayonlarına yola salınıb

        Gədəbəy rayonundan olan məktəblilər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində noyabrın 18-də Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola salınıb.

        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri üçün keçirilən "Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyalar artıq ənənə halını alıb. Şagirdlərin ölkəmizin müxtəlif bölgələrinin tarixi, təbiəti, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə, sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətlərlə yaxından tanış edilməsində, ölkə başçısının davamlı diqqəti və qayğısı ilə  gündən-günə abadlaşan şəhər və rayonların yeniləşən siması barədə onlarda əyani təsəvvürün yaradılmasında mühüm rol oynayan bu tur-aksiyalarda Gədəbəy məktəbliləri də fəal iştirak edirlər.


Açar sözlər: ,