09.11.2019

Dövlət Bayrağı Günü Gədəbəy rayonunda bayram əhval-ruhiyyəsi ilə keçirilib

        9 noyabr - Dövlət Bayrağı Günü Gədəbəy rayonunda bayram əhval-ruhiyyəsi ilə keçirilib. Gədəbəylilər dövlət bayrağına olan sevgi və ehtiramlarını möhtəşəm yürüşlə ifadə ediblər.
        Gədəbəy Rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə keçirilən “Bayraq yürüşü”ndə Rayon ərazisində yerləsən "N" saylı hərbi hissənin zabit və əsgər heyəti,ümumtəhsil məktəbləri, rayon ictimaiyyəti ümumilikdə 3000 nəfərdən çox rayon sakini iştirak ediblər.
        Yürüş rayonun mərkəzində yerləşən saat qülləsindən start götürərək Heydər Əliyev prospektində rayon sakinlərinin sürəkli alqışları ilə rayon bayraq meydanında başa çatmışdır.
        Tədbir Azərbaycanın Dövlət Himninin oxunması ilə başlanıb


Açar sözlər: ,