04.08.2019

“Birlikdə inkişaf edək” layihəsinin açılışı keçirilib

Təhsil Nazirliyinin elan etdiyi təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olan “Birlikdə inkişaf edək” layihəsinin açılışı keçirilib.

Avqustun 3-də Gədəbəy rayon Heydər Əliyev Mərkəzində keçirilən layihədə fərdi təhsilə cəlb olunan şagirdlər, onların valideynləri və müəllimlər iştirak ediblər.

Layihənin keçirilməsində məqsəd evdə fərdi təhsilə cəlb olunan şagirdlərin müxtəlif yaradıcılıq işlərinə, aktivliklərə və ekskursiyaya cəlb olunması, psixoloqla görüş vasitəsilə, həmçinin öz həmyaşıdları ilə bir məkanda olmaqla cəmiyyətə inteqrasiya olması, müxtəlif bacarıqların inkişaf etməsi, yaradıcılıq sahələrinə meyl və maraqların formalaşmasıdır.

Layihə çərçivəsində özünü inkişaf, motivasiya, əl qabiliyyətinin artırılması, barədə şagirdlər üçün qısa müddətli təlimlər keçiriləcək. Müəyyən olunmuş vaxtlarda şagirdlərin tarixi memarlıq abidələrinə ekskursiyası təşkil ediləcək.


Açar sözlər: ,  ,