06.09.2019

Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarının təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib

        06 sentyabr 2019- cu il tarixdə Şəmkir şəhər Heydər Əliyev Mərkəzində Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarının təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.

        Tədbirdə Təhsil nazirinin müşaviri Elnur Məmmədov, sözügedən rayonların təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak ediblər.

        Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

        Müşavirədə hər üç rayonun 2018-2019-cu tədris ili və yeni fəaliyyət istiqamətlərinə dair hesabat məruzəsi təqdim edilib.

        Konfransda Şəmkir, Gədəbəy və Daşkəsən rayon təhsil şöbələrinin müdirlərinin hesabat məruzələri dinlənilib. Əldə olunan nailiyyətlərin müqayisəli təhlilini aparan şöbə müdirləri ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görülmüş işlərə diqqət çəkib, perspektiv məsələlərdən bəhs ediblər. Ötən ilin təhsil həyatında bir sıra parlaq uğurlarla yadda qaldığını qeyd ediblər.

       Sonda konfrans iştirakçılarının rəy, təklif, eyni zamanda sorğuları dinlənilib və cavablandırılıb.


Açar sözlər: ,  ,