03.09.2019

Gədəbəy rayonunda ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilib

        03 sentyabr 2019-cu il tarixdə Gədəbəy şəhəri Heydər Əliyev Mərkəzində Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən ali məktəblərə qəbul olan tələbələrlə görüş keçirilib.
        Görüşdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Təhsil Şöbəsinin müdiri və əməkdaşları, məzunlar, məktəb direktorları və valideynlər iştirak ediblər.

        Rayon İcra hakimiyyətinin başçısı İbrahim Mustafayev görüşdə çıxış edərək tələbə adını qazanan gəncləri təbrik etmiş, onlara təhsildə və gələcək həyatda uğurlar arzulamış, yüksək bilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə etmişdir. 

        Tədbirdə çıxış edən natiqlərdə tələbə adını qazanmış gəncləri təbrik etmiş, onlara təhsillərində uğurlar arzulamış, ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.
        Görüşdə bildirilmişdir ki, bu il rayonumuzun ümumtəhsil məktəblərini bitirmiş 663 nəfərdən 222 nəfəri ali məktəblərə qəbul olmuşdur. 31  məzun 500-600 bal arası, 10 məzun isə 600 baldan yuxarı nəticə göstərmişdir.
        Tədbirin sonunda imtahanlarda yüksək nəticə göstərən məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılıblar.


Açar sözlər: ,  ,