26.02.2019

“Xocalı Soyqırımı”nın 27-ci il dönümü ilə əlaqədar anım tədbirləri keçirilib.

        Fevralın 26-da Gədəbəy Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində “Xocalı Soyqırımı”nın 27-ci il dönümü ilə əlaqədar anım tədbirləri keçirilib.

        Təhsil müəssisələrində “Xocalı Soyqırımı”nın 27-ci il dönümü ilə əlaqədar tədbirlər, “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, “açıq dərs”lər vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib.

        Tədbirlərin keçirilməsində məqsəd gənc nəsli vətənpərvər ruhda tərbiyə etmək, gələcəyimiz olan şagirdlərə tariximizi mənimsətmək, qan yaddaşımıza yazılan bu faciəni bir daha xatırlamaq və vətən uğrunda şəhid olan oğul - qızlarımızı heç zaman unutmamaqdır.


Açar sözlər: ,  ,