22.11.2018

"Basketboll" oyun növü üzrə rayon birinciliyi keçirilib.

         Noyabrın 22-da Gədəbəy Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin şagirdləri arasında idmanın Basketboll oyun növü üzrə rayon birinciliyi keçirilib.

       Yarışın ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqi, ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənnin tədrisinin təkmilləşdirilməsi, idman sahəsində sinifdən xaric və məktəbdənkənar fəaliyyətlərin qiymətləndirilməsi, qalib məktəblərin beynəlxalq yarışlarda iştirakının təmin edilməsi  məqsədilə keçirilir.

        2 saylı Slavyanka kənd tam orta məktəbinin komandası I,Xar-xar tam orta məktəbin komandası II, 1 nömrəli Qoşabulaq kənd tam orta məktəbinin komandası isə III yerə layiq görülüb.


Açar sözlər: ,  ,