18.10.2018

Dövlət Müstəqillik Günü qeyd edilib

       Oktyabr ayının 18-də Gədəbəy  rayontabeliyində olan ümumitəhsil məktəblərində Dövlət Müstəqillik Günü qeyd edilib.

     Tədbirin  keçirilməsində məqsəd şagirdlərdə vətənpərvərlik hissinin yüksəldilməsi və Ölkə müstəqilliyinin tarixi haqqında maarifləndirmək olub.

       Keçirilmiş tədbirdə məktəbin rəhbərliyi və müəllimləri tərəfindən Azərbaycan Respublikasının müstəqillik tarixi haqqında geniş məlumat verilib, məktəblilər də öz nöbəsində hazırladıqları müxtəlif vətənpərvərlik mövzusunda səhnəcik, kompazisiya, şeir, musiqi və rəqs nömrələri ilə çıxış ediblər.


Açar sözlər: ,  ,