14.06.2018

Bu gün məktəblərdə "Son zəng" qeyd olunub

           İyunun 14-də Gədəbəy rayon ümumtəhsil məktəblərində 11-ci sinifi bitirən şagirdlər üçün "Son zəng"  çalınıb.  Son zəng ilə bağlı Gədəbəy rayon ümumtəhsil məktəblərində tədbirlər keçirilib.

        Tədbirlər Təhsil naziri Ceyhun Bayramovun  12  iyun 2018-ci il tarixli F-431 nömrəli əmrinə əsasən hər bir ümumtəhsil məktəbinin ərazisində qeyd olunub. Tədbirlərdə məktəbin rəhbərliyi və pedaqoji kollektivi,məktəbin məzunları və valideyinlər iştirak ediblər.

          "Son zəng" tədbirlərində şagirdlərin iştirakı ilə mahnılar, rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib.


Açar sözlər: ,  ,  ,