13.06.2018

"15 iyun Milli Qurtuluş Günü"  dəyirmi masa təşkil olunub

        İyunun 13-də "15 iyun Azərbaycan Xalqının Milli Qurtuluş Günü" münasibətilə Gədəbəy rayonun Novo-İvanovka kənd tam orta məktəbində dəyirmi masa təşkil olunub. Tədbirdə Gədəbəy Rayon Təhsil Şöbəsinin əməkdaşları və məktəbin pedaqoji kollektivi iştirak edib.

        Məktəbin direktoru Leysan Hüseynov çıxışında qeyd edib ki,1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.


Açar sözlər: ,  ,