15.03.2018

“Şahin” hərbi-idman oyunlarının rayon turu keçirilib

        Martın 15-də Gədəbəy rayon İ.Əliyev adına 1 saylı tam orta məktəbində “Şahin” hərbi-idman oyunlarının rayon turu keçirilib. Rayon turunda Gədəbəy məktəblərindən 42 komanda iştirak edib. Hər komanda 14 şagirddən ibarət olub. Onların 4-ü qız, 10-u oğlan olub.

        Birinci yerə Zəhmət, ikinci yerə Şəhər 2 saylı, üçüncü yerə Hacalılar kənd tam orta məktəbinin komandası layiq görülüb.

        Yer tutan komandalar Gədəbəy Rayon Təhsil Şöbəsi tərəfindən mükafatlandırılıblar. Birinci yer tutan Zəhmət kənd tam orta məktəbinin komandası zona birinciliyində iştirak etmək üçün vəsiqə qazanıb.

        Qeyd edək ki, “Şahin” respublika hərbi-idman oyununun keçirilməsində məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarətdir.


Açar sözlər: