07.03.2018

8- Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub

         Gədəbəy rayon Təhsil Şöbəsində 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub.

        Tədbirdə RİH-nin başcısı Ramiz Yediyarov, apratın struktur bölmə rəhbərləri, RTŞ-nın müdiri Baxış Nağıyev və RTŞ  -nın əməkdaşları iştirak edib.

        Tədbirdə çıxış edən cənab Ramiz Yediyarov ilk olaraq kollektivin qadın üzvlərini əlamətdar gün münasibətilə təbrik edib və onlara xoş arzularını bildirib. Azərbaycanda qadınlarla bağlı həyata keçirilən dövlət siyasətinin əhəmiyyətini vurğulayan idarə müdiri xanımların ölkə həyatının digər istiqamətlərində olduğu kimi, təhsil sahəsində də öncül mövqe tutduğunu qeyd edib. Azərbaycan qadınlarının tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, fəallıq, yenilməzlik nümunəsi olduğunu söyləyən idarə müdiri xanımların üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi və cəmiyyətdə fəal mövqe tutmasını yüksək qiymətləndirib.

        Sonra RTŞ-nın müdiri Baxış Nağıyev qadın üzvlərinə səmimi arzularını bildirib. Təhsil sektorunda mühüm nailiyyətlərin əldə edilməsində,  cəmiyyətdə və ailədə milli-mənəvi dəyərlərin formalaşması, inkişafı və qorunmasında qadınların müstəsna rolundan danışıb..

        Sonda 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə Təhsildə çalışan  xanım əməkdaşlarına RİHB-nin hədiyyələri və İdarə Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərmanları verilib.


Açar sözlər: