26.02.2018

“Xocalı Soyqırımı”nın 26-cı il dönümü ilə əlaqədar anım tədbirləri keçirilib

Fevralın 26-da Gədəbəy Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində “Xocalı Soyqırımı”nın 26-cı il dönümü ilə əlaqədar anım tədbirləri keçirilib.

Təhsil müəssisələrində “Xocalı Soyqırımı”nın 26-cı il dönümü ilə əlaqədar tədbirlər, “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, “açıq dərs”lər vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib.

Tədbirlərin keçirilməsində məqsəd gənc nəsli vətənpərvər ruhda tərbiyə etmək, gələcəyimiz olan şagirdlərə tariximizi mənimsətmək, qan yaddaşımıza yazılan bu faciəni bir daha xatırlamaq və vətən uğrunda şəhid olan oğul - qızlarımızı heç zaman unutmamaqdır.

Tədbirlərdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şagirdlərə Dağlıq Qarabağ münaqişəsi, Xocalı şəhərində 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə dinc əhaliyə qarşı törədilmiş vəhşilik barədə şəkillər və məqalələr vasitəsilə geniş məlumat verilib.

Şagirdlər “Xocalı Soyqırımı”na həsr edilmiş şeirlər, bayatılar, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: