01.03.2018

Ümumdünya Mülki Müdafiə Günü qeyd edilib

Martın 1-də Kiçik Qaramurad kənd tam orta məktəbdə Beynəlxalq Mülki müdafiə gününə həsr edilmiş tədbir keçirilib.Tədbirdə Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin pedaqoji kollektivi və şagirdləri iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir.

Öncə həyəcan siqnalı verilib və məktəblilər həyətə çıxarılıb. Məktəbin hərbi rəhbəri fövqəladə hallar zamanı davranış qaydaları, yanğın təhlükəsizliyi qaydaları, fövqəladə hallar zamanı zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi, fərdi mühafizə vasitələrilə davranış qaydaları, əleyhqaz, kimyəvi qəza zamanı istifadə olunan dəri mühafizə geyimlərinin növləri və s. haqqında məlumat verib.

Tədbirdə məktəbin hərbi komandası fövqəladə hallar zamanı davranış qaydalarını səhnəciklər şəklində izah ediblər.

 


Açar sözlər: